Bu ilin iyun ayında başlayacaq Dünya Çempionatının oyunlarına bilet qiyməti kəskin bahalaşdırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ən baha bilet isə 19 iyulda Nyu-Cersi ştatındakı MetLife Stadionunda oynanılacaq final matçına təyin olunub - 10.990 dollar. Halbuki, ötən ilin dekabr ayında keçirilən püşkatmadan sonra bu rəqəm 8.680 dollar müəyyənləşmişdi.

Final matçının digər kateqoriyalarında da əhəmiyyətli artımlar belə olub:

Kateqoriya 2: 5.575 dollardan 7.380 dollara;

Kateqoriya 3: 4.185 dollardan 5.585 dollara;.

Turnirin açılış və qrup mərhələsi matçlarında da qiymət artımları müşahidə olunub. Məsələn:

Meksika - Səudiyyə Ərəbistanı açılış matçına ən ucuz bilet qiyməti 2355 dollardan 2985 dollara, Kanada - Bosniya və Herseqovina oyununun  bileti  2170 dollardan 2240 dollara yüksəlib.

ABŞ-ın 25 iyunda İnqlvudda Türkiyə ilə oyunu və Sietlda Avstraliya ilə oyunu üçün biletlərin qiyməti isə sistemdə yer almayıb.

Fərid ASLAN

Mia.az