21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Mia.az xəbər verir ki, komandamız səfərdə Slovakiya yığmasına 2:1 hesabı ilə məğlub olub.
Beləliklə, 8 oyundan sonra 6 xalı olan Azərbaycan millisi AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib.
Slovakiya isə 7 oyuna 9 xal toplaya bilib.
2-ci qrupun digər matçında Fransa Lixtenşteyni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.