"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda qarşılaşacaqları İsrailin "Makkabi" klubuna müraciət ünvanlayıb.
Bu barədə Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir: "Hər zaman ərazi bütövlüyümuzu dəstəkləyən bir ölkənin komandası ilə eyni qrupda yer almaqdan qürur duyuruq".
Qeyd edək ki, "Qarabağ" "Makkabi" ilə yanaşı, Türkiyənin "Sivaspor" və İspaniyanın "Vilyarreal" klubları ilə eyni qrupda mübarizə aparacaq.