Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti rəqibləri bəlli olub.
Mia.az-ın məlumatına görə, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı komandalar İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimində müəyyənləşib.
Qurban Qurbanovun yetirmələri İ qrupunda mübarizə aparacaq.
Təmsilçimizin rəqibləri “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor” (Türkiyə) klubları olacaq.
Oyunlara oktyabrın 22-də start veriləcək. “Qarabağ” qrupda son matçına dekabrın 10-da çıxacaq.
Qrup mərhələsinin digər qarşılaşmaları isə belə olacaq:
A qrupu
“Roma” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
ÇFR (Rumıniya)
MOİK (Bolqarıstan)
B qrupu
“Arsenal” (İngiltərə)
“Rapid” (Avstriya)
“Molde” (Norveç)
“Dandolk” (İrlandiya)
C qrupu
“Bayer” (Almaniya)
“Slaviya” (Çexiya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Nitsa” (Fransa)
D qrupu
“Benfika” (Portuqaliya)
“Standard” (Belçika)
“Reyncers” (Şotlandiya)
“Lex” (Polşa)
E qrupu
PSV (Niderland)
PAOK (Yunanıstan)
“Qranada” (İspaniya)
“Omoniya” (Kipr)
F qrupu
“Napoli” (İtaliya)
“Real-Sosyedad” (İspaniya)
“Alkmaar” (Niderland)
“Riyeka” (Xorvatiya)
G qrupu
“Braqa” (Portuqaliya)
“Lester” (İngiltərə)
AEK (Yunanıstan)
“Zarya” (Ukrayna)
H qrupu
“Seltik” (Şotlandiya)
“Sparta” (Çexiya)
“Milan” (İtaliya)
“Lill” (Fransa)
İ qrupu
“Vilyarreal” (İspaniya)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Sivasspor” (Türkiyə)
J qrupu
“Tottenhem” (İngiltərə)
“Lüdoqorets” (Bolqarıstan)
LASK (Avstriya)
“Antverpen” (Belçika)
K qrupu
MOİK (Rusiya)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Feyenoord” (Niderland)
“Volfsberger” (Avstriya)
L qrupu
“Gent” (Belçika)
“Srvena Zvezda” (Serbiya)
“Hoffenhaym” (Almaniya)
“Slovan” (Çexiya)