Bu gün Polşada UEFA Avropa Liqasının pley-off oyunu çərçivəsində "Legiya" öz meydanında Azərbaycanın "Qarabağ" komandasını qəbul edib.
Mia.az xəbər verir ki, Varşavadakı "Wojska Polskiego" stadionunda baş tutan oyyunda ilk hissə qolsuz başa çatıb.
İkinci hissənin 50-ci dəqiqəsində isə "Qarabağ"lı Patrik Andrade hesabı açıb - 0:1.
62-ci dəqiqədə Abdullah Zubir meydan sahiblərinin müdafiəçilərini təkbaşına keçərək, fərqi artırıb - 0:2.
70-ci dəqiqədə isə Filip Ozobiç 3-cü qolu "Legiya"nın qapısından keçirib - 0:3.
Beləliklə, oyun bu hesabla başa çatıb və "Qarabağ" növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Mia.az