Bu gün Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib.
Mia.az xəbər verir ki, "Aslan"lar Xorvatiyanın "Hayduk" komandası ilə qarşılaşmadan qalib ayrılıb:- 2:0.
Oyunda hesabı 77-ci dəqiqədə Yunes Belhanda açıb. 86-cı dəqiqədə isə Rayan Babel yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, "Qalatasaray" pley-offda "Villem II" (Hollandiya) - "Reyncers" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Türkiyənin digər təmsilçilərinə gəldikdə, "Alanyaspor" Norveçin "Rusenborq" komandasına minimal hesabla uduzub - 0:1.
Bununla da türk klubu növbəti mərhələyə çıxa bilməyib.
"Beşiktaş" isə Portuqaliyanın "Riu Ave" komandası ilə görüşün əsas vaxtını 1:1 hesablı heç-heçə ilə bitirib.
"Qara qartallar"dan 15-ci dəqiqədə Güven Yalçın hesabı açsa da, Brunu Moreyra 85-ci dəqiqədə bərabərlik qolunu vurub. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub.
Penaltilərdə "Riu Ave" qalib olub - 4:2.
Bununla da "Qara Qartal" da avroliqa ilə vidalaşıb.