İranda daha 64 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bu məlumatı İran Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7 942 nəfərə çatıb: "Son gündə daha 3117 nəfər isə koronavirusa yoluxub ki, bununla da COVID-19 daşıyıcılarının sayı 157 562 nəfərə yüksəlib"