İraqın Ərbil şəhərində hərbi bzalara və bölgə rəhbərlərnin evlərinə dron hücumu davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Ərbil şəhərinə daha 10 kamikaze dronla hücumolub, onlardan 9-u havada zərrəüsizləşdirilib.

Məlumata görə, dronlardan biri evə düşüb və nəticədə güclü yanğın başlayıb.

Xəbərdə itki barədə məlumat verilməyib.

Xatırladaq ki, son 10 gündə Ərbilə dron hücumları artıb. İran isə bu hücumların əksəriyyətinin onlar tərəfindən həyata keçirilmədiyini bəyan edir.

İraq Kürdüstan Regional Hökumətinin açıqlamasına əsasən, ABŞ, İsrail və İran arasında müharibə başlayandan bəri Ərbil, Süleymaniyyə, Duhok və Hələbcə şəhərlərinə 500-dən çox raket və dron hücumu həyata keçirilib.

Tahir Şəlvəli

MİA.AZ