“İsrail ordusu Livanın cənubundan geri çəkilməyəcək. Əksinə, Livan-İsrail sərhədindəki kənd və qəsəbələrdəki bütün evləri təghlükəsizliyimizi qorumaq məqsədiylə sökəcəyik və orada hərbçilərimiz buffer zona yaradaraq, daimi qalacaqlar”
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.
O, İsrailin Livanın cənubundan Litani çayına qədər uzanan ən azı 30 km-lk bir bufer zonası formalaşdıracağını gizlətməyib: “Bu, Qəzzadakı əməliyyat modellərinə (Rəfah və Beyt Hanoun) bənzəyəcək. Ölkəmizə sərhəd boyunca təhdidləri birdəfəlik aradan qaldıracağıq”.
Məlumatda deyilir ki, nazirin dedikləri reallaşarsa, o zaman Livanın cənubunda yaşayan 600 min insan evsiz qalacaq: “Onlar bir daha evlərinə dönə bilməyəcəklər”
Tahir Şəlvəli
MİA.AZ