İranda son sutkada koronavirusdan daha 63 nəfər vəfat edib.

Mia.az xəbər verir ki, bu məlumatı İran Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 7797 nəfərə çatıb: "Son sutka daha 2516 nəfər isə koronavirusa yoluxub ki, bununla da yoluxanların ümumi sayı 151466 nəfərə yüksəlib".