Türkiyədə daha 29 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, bu məlumatı Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 4369 nəfərə çatıb: "Son sutkada daha 987 nəfər isə koronavirusa yoluxub. Bununla da ölkə üzrə virus daşıyıcılarının sayı 157814 nəfərə yüksəlib".