İspaniyanın "Vilyarreal" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur matçı üçün təyinatlar açıqlanıb.

Məlumata görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Mikola Balakinə onun köməkçiləri Andrey Skripka və Semyen Şlonçak yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Yevgeni Aranovski yerinə yetirəcək

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.