ABŞ administrasiyası 3 yanvarda prezident Nikolas Maduro hərbi müdaxilə nəticəsində saxlanıldıqdan sonra onu əvəzləyən Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezə qarşı sanksiyaları ləğv edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) açıqlama yayıb.
Rodrigez isə qərarı alqışlayıb: “ABŞ-ın bu qərarı ölkələrimiz arasında münasibətlərin normallaşdırılması və gücləndirilməsi istiqamətində mühüm addımdır. İnanırıq ki, bu proses və qətiyyət nəticədə ölkəmizə qarşı hazırda tətbiq olunan digər sanksiyaların ləğvi ilə davam edəcək”
Hüseyn Namazov
MİA.AZ