Bu gün "Qarabağ" futbol komandası "Zirə"ni qəbul edib.
Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma "sülh"lə bitib.
Belə ki, "Qarabağ"ın 5-ci dəqiqədə vurduğu qola 69-cu dəqiqədə "Zirə" cavab verib - 1:1.
Bərabərliyə baxmayaraq, xalını 27-yə çatdıran "Qarabağ" turnir cədvəlindəki liderliyini qoruyur.