UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.
Mia.az xəbər verir ki, F qrupunda mübarizə aparan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandası ilə qarşılaşmada xal itirib - 0:0.
G qrupunda isə "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2.
Almaniyanın Dortmund şəhərində "Borussiya" İtaliyanın "İnter" komandası ilə matçda 0:2 hesabı ilə geridə olduğu halda, əzmkar qələbəyə nail olub - 3:2.
Hollandiya "Ayaks"ı isə İngiltərədə "Çelsi" ilə qarşılaşmada 4:1 hesabı ilə üstün durumda olmasına rəğmən, yekunda heç-heçə ilə kifayətlənib - 4:4.
"Liverpul" isə "Genk"ə (Belçika) qalib gəlib - 2:1
"Lion" (Fransa) da öz meydanında "Benfika"nı (Portuqaliya) məğlub edib - 3:1
"Valensiya" isə Fransanın "Lill" komandasını darmadağın edib - 4:1