Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub.
"Report” xəbər verir ki, komanda VII turda İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 2,5:1,5. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib. Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb.
Qadınlardan ibarət milli komanda hazırda meydan sahibi Gürcüstanla qarşılaşır. Xanım Balacayeva rəqibi ilə xalları yarı bölüb, digər bütün qarşılaşmalar davam edir.
Avropa çempionatı
VII tur, kişilər
Azərbaycan - İsveçrə - 2,5:1,5
Şəhriyar Məmmədyarov - Sebastyan Boqner - 0,5:0,5
Rauf Məmmədov - Yannik Pelletye - 0:1
Qədir Hüseynov - Niko Georgiadis - 1:0
Eltac Səfərli - Oliver Kurmann - 1:0
Gürcüstan - Azərbaycan - 3:1
Nana Dzaqnidze - Günay Məmmədzadə - 1:0
Lela Cavaxişvili - Xanım Balacayeva - 0,5:0,5
Bela Xotenaşvili - Gülnar Məmmədova - 1:0
Meri Arabidze - Türkan Məmmədyarova - 0,5:0,5