Bu gün Azərbaycan Premyer Liqasında "Qarabağ"la "Səbail" komandaları üz-üzə gəlib.
Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda "Qarabağ" minimal hesabla qalib gəlib -1:0.
Oyundakı yeganə qolu 86-cı dəqiqədə Qara Qarayev vurub.
Bu qələbədən sonra "Qarabağ" 25 xalla liderliyini daha da möhkəmləndirib.
"Səbail" isə 10 xalla 4-5-ci yerləri bölüşdürür.