"İkinci yarıda "Qarabağ" topa daha çox sahib oldu. 0:1 hesabı ilə geridə olsaq da, birinci hissəni 2:1 öndə tamamladıq. Bunu rəqibə belə bir dəstəyin olduğu stadionda etdik. Daha sonra rəqib bərabərlik qolunu vurdu. 1 xala görə razıyam".
Mia.az xəbər verir ki, bu sözləri Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la Bakıda heç-heçə (2:2) etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildiri ki, qazandıqları 1 xalla qrupdan çıxmaları mümkün deyil: "Ancaq evdə "Qarabağ"ı məğlub etdikdən sonra böyük şansımız olacaq. Xallarımızı bərabərləşdirə bilərik. Niyə də qalib gəlməyək?".