UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.
Mia.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL komandasını qəbul edib.
Oyunun 13-cü dəqiqəsində "Qarabağ"lı Dani Kintana hesabı açıb - 1:0
Qonaqlar 29-cu dəqiqədə hesabı bərabərləşdiriblər - 1:1.
İlk hissəyə əlavə olunmuş dəqiqədə (45+1) qonaqlar daha bir qol vurublar - 1:2.
59-cu dəqiqədə "Qarabağ" hesaba tarazlıq gətirib - 2:2
Oyun bu hesabla başa çatıb.
Bu nəticədən sonra digər rəqiblərindən 1 oyun artıq keçirən "Qarabağ" 4 xalla hələlik 2-ci, "APOEL" isə 1 xalla sonuncu yerdədir.
Onu da qeyd edək ki, bu gün Türkiyənin "Başakşəhər" klubu "Wolfsberq"ə qalib glib - 1:0.
"Beşiktaş" isə öz meydanında "Braqa"ya 1-2 hesabı ilə uduzub.