UEFA Avropa Liqasının qrup mərhələsində Türkiyəni təmsil edən komandalardan heç biri qalib gələ bilməyib.
Mia.az xəbər verir ki, "Başakşehir" evdə Almaniya "Borussiya"sına qarşı oyunun 90+1-ci dəqiqəsinə qədər 1-0 qalib durumda olsa da, əsas vaxta əlavə edilmiş 1-ci dəqiqədə qonaqlar hesaba tarazlıq gətiriblər - 1:1.
"Beşiktaş" isə İstanbulda İngiltərənin "Vulverhempton"a uduzub. Belə ki, 90+3-də qonaqlar qələbə topunu vurublar - 0:1.
Hazırda hər iki komanda 2 oyunun nəticəsinə görə qruplarında sonuncu yerdə qərarlaşıblar.