Gürcüstan və Qazaxıstanın amerikan futbolu üzrə milli komandalarının yoldaşlıq oyununda qalmaqal baş verib.

Qazaxıstanın sports.kz saytı xəbər verir ki, Tbilisidə "Setanta Sports Georgia” telekanalının canlı yayımladığı matçın sonlarında 14:22 hesabı ilə məğlub durumda olan meydan sahibləri dava salıblar və qonaq oyunçuları döyüblər.

Nəticədə hakimlər Gürcüstan yığmasının hesabından 2 xal silib və görüş Qazaxıstan millisinin 22:12 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç başa çatandan sonra meydan sahibləri arenada Qazaxıstanın dövlət himnini səsləndirməyi lazım bilməyiblər. Üstəlik, Gürcüstan saytlarından oyunun görüntüləri silinib/Report.