Biz bu mövzuda müzakirə aparanda, jurnalist həmkarım Asəf Quliyev belə dedi: "Dekabristlər öz əqidə-ləri uğrunda sinələrini gülləyə sipər etdilər. Amma sovet hökuməti qurulanda onların nəvələri çıxıb de-mədilər ki, babamızı çar güllələtdirib, bizə də vəzifə verin".
Təxminən bir ay sonra Azərbaycanda növbəti prezident seçkilərinə rəsmi qaydada start veriləcək. Hakimiyyət də, müxalifət də artıq öz namizədini müəyyənləşdirib. Amma hakimiyyətdən fərqli olaraq, mü-xalifətin vahid namizədinə münasibət birmənalı deyil. Hətta Rüstəm İbrahimbəyovun vahid namizəd ol-masına səs verən adamlar da bu qərarın doğru olub-olmadığını dartışırlar. Ötən gün stajlı müxalifətçilər-dən biri çay süfrəsi arxasında öz mövqeyini belə ifadə etdi: "Biz 20 il ona görə mübarizə aparmamışıq ki, axırda bir rejissor gəlib prezident olsun".
Sizcə, bu yanaşma doğrudurmu? Əgər hər kəs öz liderinin prezident olmasına çalışsa, müxalifət vahid mövqeyə gələ bilməyəcək. Mən də o fikirdəyəm ki, Azərbaycan müxalifətində prezident olmağa haqqı çatan ən azı 5-6 adam var. Müsavatçılar hesab edirlər ki, prezident olmağa ən şanslı namizəd İsa Qəm-bərdir. Cəbhəçilər isə Əli Kərimlini seçkilərin favoriti sayırlar. Bir qrup adam isə nicatı eks-spiker Rəsul Quliyevdə görür. ALP-çilər isə Lalə Şövkətin alternativsiz namizəd olduğunu düşünürlər.
Biz bu siyahını daha da uzada bilərik. Amma əsas odur ki, bu adamların özləri təkbaşına hakimiyyətə gə-lə bilməyəcəklərini başa düşdükləri üçün tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirlər. Hakimiyyətdən kötək görən İbrahimbəyov isə hələ də müxalifətdən dəstək ala bilmir. Təəssüf ki, Müsavat Partiyasının qeyri-müəyyən mövqe nümayiş etdirməsi diqqəti əsas hədəfdən ya-yındırıb. Müsavatçı dostlarım indi öz enerjilərini müxalifətdə olan opponentlərini susdurmağa sərf edir-lər.
Yadıma gəlir, təxminən 15-20 il əvvəl heç kim açıq şəkildə demirdi ki, o, vəzifə istəyir. Hətta müxalifət liderləri də tez-tez bəyan edirdilər ki, onlar hakimiyyət deyil, demokratiya uğrunda mübarizə aparırlar. Biz təkcə özümüzün deyil, həm də övladlarımızın azad, demokratik bir ölkədə yaşaması üçün bu yola çıxmışıq. Təəssüf ki, azad, demokratik ölkədə yaşamaq, yaxşı gün görmək bizə qismət olmadı. Həyatı-mızın ən gözəl illəri sıxıntı içərisində keçdi. Amma bu o demək deyil ki, övladlarımız da bizim kimi ömür-lərinin sonuna kimi sürünməlidirlər. Əgər övladlarımızın firavan bir ölkədə yaşamasını istəyiriksə, hər bi-rimiz öz iddiamızdan bir addım geri çəkilməyi bacarmalıyıq.
Bir qədər də açıq danışmaq istəyirəm. Üç-dörd gün öncə regionda yaşayan müsavatçılardan biri mən-dən soruşdu: "Rüstəm İbrahimbəyovun prezident seçilməsinin İsa Qəmbərə hansı xeyiri var?"
Cavabım belə oldu: "Rüstəm İbrahimbəyov prezident seçilsə, İsa Qəmbər Lənkərana sənin oğlunun to-yuna gedəndə, yolda heç kim onun qarşısını kəsməyəcək".