Ərdoğan Pakistan prezidentini Türkiyəyə dəvət edib

img

11-08-2021 [19:12]


Pakistanda səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar sözgüdən ölkənin prezidenti Arif Alvi ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir əvvəlcə prezidenti Pakistanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Daha sonra tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın pakistanlı həmkarını Türkiyəyə dəvət etməsi də diqqətə çatdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA