UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.
Mia.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın "Sevilya" komandasını qəbul edib.
Oyunun 62-ci dəqiqəsində "Sevilya" hesabı açıb - 0:1.
Çiçarito” ləqəbli meksikalı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib.
78-ci dəqiqədə isə Munir qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb - 0:2
85-ci dəqiqədə isə Oliver Torres fərqi daha da artırıb - 0:3
Beləliklə, oyun bu hesabla başa çatıb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.