Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionda baş tutan oyunda ilk qolu 31-ci dəqiqədə "Qarabağ"lı Mahir Emreli vurub.
69-cu dəqiqədə isə Abdullah Zubir fərqi 2-yə çatdırıb.
Bununla da hesab "Qarabağ"ın xeyrinə 2-0 hesabı ilə başa çatıb.
Bu qələbədən sonra xallarının sayını 12-ə çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Neftçi" isə 4 xalla 5-ci yerdədir.