UEFA Avropa Liqasının 2018/2019 mövsümü üçün ən yaxşı oyunçusu müəyyənləşib.[/b]
Mia.az xəbər verir ki, bu ada İspaniyanın "Real Madrid" klubunda çıxış edən İngiltərə "Çelsi"sinin sabiq futbolçusu Eden Azar layiq görülüb.
Qalibin adı turnirin 2019/2020 mövsümünün qrup mərhələsinin Monakoda reallaşan püşatma mərasimində açıqlanıb.
Belçikalı hücumçu "Çelsi"dəki sabiq komanda yoldaşı Olivye Jirunu və hazırda "Real Madrid"də birgə çıxış etdiyi Luka Yoviçi qabaqlayıb.