Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə (ilk oyunda "Qarabağ" səfərdə 3-2 hesabı ilə uduzub) "Qarabağ" bu gün Şimali İrlandiyanın "Linfild" komandası ilə Bakıda qarşılaşıb.
Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunun 6-cı dəqiqəsində "Qarabağ"ın oyunçusu Romero hesabı açıb: 1 - 0
87-ci dəqiqədə "Qarabağ" daha bir qola imza atıb - 2-0.
90+3-də isə rəqib bu qollardan birinin əvəzini çıxıb - 2:1
Oyun bu hesabla başa çatıb.
Bununla da komandamız iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə - qruplara vəsiqə qazanıb.
Sabah Avroliqanın qrup mərhələsinin püşkü atılacaq.