"APOEL-in gücü hər kəsə məlumdur".
Mia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprdə APOEL-ə qarşı keçirəcəkləri ilk oyundan danışarkən deyib.
O bildirib ki, rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir: "Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik".
Qeyd edək ki, APOEL -"Qarabağ" matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.