Futbol üzrə Azərbaycan I Divizionunda 2019/2020 mövsümü avqustun 23-də başlayacaq.
Mia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, yeni mövsümdə çempionatda 13 kollektiv mübarizə aparacaq. I Divizion U-21-in oyunlarına görə bu vaxtda start götürəcək.
Qeyd edək ki, 2018/2019 mövsümündə I Divizionda MOİK qalib olub.