Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçisi olduğu kollektiv Bəhreynlə üz-üzə gələcək. 

Bəhreyn stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstanla qarşılaşacaq.