UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən oyunda "Neftçi” Rusiyann "Arsenal” komandasını məğlub edib.
Mia.az xəbər verir ki, "Bakcell Arena”da təşkil olunan görüşün 49-cu dəqiqəsində "Neftçi"nin futbolçusu Rauf Əliyev komandasını hesabda önə çıxarıb - 1:0.
89-ci dəqiqədə isə komandamız penaltidən hesabı 2-yə çatdırıb.
90+3-də isə komandamız daha bir qol vurub - 3:0
Beləliklə, oyun bu hesabla başa çatıb və "Neftçi" növbəti mərhləyə vəsiqə qazanıb..
Onu da qeyd edək ki, bu komandalar arasında Tulada keçirilən ilk oyunda "Neftçi” 1:0 hesabı ilə qalib gəlib.