UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq "Neftçi” və Rusiyanın "Arsenal” klubları arasında yazışma olub.

Bakılılar "Twitter”də rəqibini salamlayaraq, sual veriblər: "Samovarımızı özümüzlə gətirə bilərik?” Tula təmilçisinin cavabı isə belə olub: "Samovarı götürün, pryaniklə biz təmin edərik”.

Qeyd edək ki, ilk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq/Report.