Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları keçirilir.
Mia.az xəbər verir ki, Bakının "Neftçi" klubu Moldovanın "Sperantsa" furbol klubunun qonağı olub.
Oyun komandamızın qələbəsi ilə başa çatıb - 0:3.
Qolları E.Mahmudov (16-cı dəqiqə), S.Jozef-Monroz (36-cı dəqiqə) və R.Hacıyev (76-cı dəqiqə) vurublar.
Qeyd edək ki, cavab qarşılaşması iyunun 18-i Bakıda keçiriləcək.