"Qarabağ" komandası UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçını keçirib.
Mia.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada "Partizani"nin qonağı olub.
"Selman Stermasi" stadionunda oynanılmış qarşılaşma qolsuz yekunlaşıb - 0:0.
Qeyd edək ki, cavab görüşü iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.