Millimizin üzvü Ramil Şeydayev Moskva "Dinamo”suna keçib.
Mia.az xəbər verir ki, bu barədə "Sport-Ekspress” məlumat yayıb.
Məlumata görə, 23 yaşlı forvard bu gün Moskva klubunun düşərgəsində tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm Rusiyanın "Krılya Sovetov” klubunun şərəfini qoruyub.