Azərbaycan karateçisi Rafael Ağayev Minskdə keçirilən Avropa Oyunlarında gümüş medal qazanıb.
Mia.az xəbər verir ki, o, finalda 75 kq çəki dərəcəsində yer alan 34 yaşlı ukraynalı Stanislav Horunaya 4-0 hesabı ilə uduzub.
Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.