UEFA-nın sabiq prezidenti Mişel Platini azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, Platini azadlığa buraxıldıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Bu bir boş və mənasız təlaş idi. Avro-2016, Rusiyadakı dünya çempionatı, PSJ və FİFA haqqında mənə suallar verdilər. Hər şey yaxşıdır".

Qeyd edək ki, DÇ-2022 üçün elan olunmuş tender prosesində rüşvət almaqda ittiham olunan sabiq president dünən həbs olunmuşdu. Onun Qətərdə keçiriləcək mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı səsvermədə saxtakarlığa yol verdiyi iddia olunurdu.