Bu gün ÜMİD Partiyası Rəyasət Heyətinin toplantısı keçirilib. Toplantıda qəbul olunmuş qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət və partiya qarşısında duran vəzifələr müzakirə olunub. Bu ay regionlarda keçirilən Regional Müşavirələr və bu müşavirələrdə müzakirə olunan məsələlər haqda partiya funksionerlərinin məruzələri dinlənilib və qənaətbəxş hesab edilib. Bundan başqa partiyanın sədri, millət vəkili İqbal Ağazadə ölkədəki ictimai-siyasi vəziyyət barədə Rəyasət Heyəti üzvlərinə ətraflı məlumat verib. Toplantı zamanı İqbal Ağazadənin yeni imzaladığı sərəncam haqda Rəyasət Heyəti üzvləri məlumatlandırılıb. Yeni sərəncama əsasən partiya üzvü, tanınmış gənc fəal, Bütöv Azərbaycan Gənclər Birliyinin sədri Ruslan İzzətli ÜMİD Partiyası sədrinin Gənclərlə iş üzrə müavini təyin edilib. Sonda partiyanın qarşısında duran vəzifələr ətraflı müzakirə olunaraq Rəyasət Heyəti üzvləri arasında uyğun vəzifə bölgüsü aparılıb.