Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə "Azərxalça” ASC-yə 2 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək,Maliyyə Nazirliyinə isə sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək göstərişi verilib.