"Azər Türk Bank”a yeni departament direktoru təyin edilib
Bankın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Rasim Hacıyev bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib. R.Hacıyev bundan əvvəl marketinq sahəsi üzrə ölkənin aparıcı biznes qurumlarında çalışıb.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
