"Azərbaycanda bir sıra banklar tənzimləyicinin tələblərinə cavab vermir".

Trend-in məlumatına görə, bunu "Fitch” beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən iclası zamanı agentliyin bank sektoru üzrə eksperti Ruslan Bulatov deyib.

O qeyd edib ki, 2017-ci ilin sonuna olan vəziyyətə əsasən dörd bank – "Bank Respublika”, "AGBank”, "Bank of Baku” və "Accessbank” Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasını minimal kapital tələblərinə cavab vermir.