"Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb”.

 Mərkəzi Bankdan "APA-Economics”ə verilən məlumata görə, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda AMB  İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 "Strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən  4,2 milyard dollar artaraq ilin sonuna  42 milyard ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 34% artaraq ilin sonuna 5,3 mlrd. ABŞ dolları təşkil edib”, - deyə E.Rüstəmov vurğulayıb.