Hələ 2017-ci ilin martında Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsalın dayandırdığı barədə məlumat vermişdik.
Həmin vaxt Modern.az-a danışan zavodun icraçı direktoru Musa Abdullayev 2017-ci ilin 3 ayı ərzində cəmi 3 avtomobil satdıqlarını açıqlamışdı. Bu açıqlama üzərinə qınaq obyektinə çevrilən zavod rəsmisi, çarəni jurnalistləri zavoda toplayaraq, hələ də fəaliyyətdə olmaları təsəvvürü yaratmaqda gördü.
"Kim nə istəyir yazsın, mən şərh verməyəcəm. Nə sualınız varsa, Naxçıvan İqtisadiyyat Nazirliyinə müraciət edin”.
Naxçıvan Avtomobil Zavodunda (NAZ) 8 modeldə minik avtomobilinin istehsalı nəzərdə tutulmuşdu. Bunlar "NAZ-Lifan 720”, "NAZ-Lifan 820” (Premium modellər), "NAZ-Lifan 620”, "NAZ-Lifan 630” (sedan modellər), "NAZ-Lifan X50” və "NAZ-Lifan X60” (SUV), "NAZ-Lifan 320” və "NAZ-Lifan 330” (mini) modelləridir.
"NAZ-Lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-Lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.
Onu da qeyd edək ki, NAZ avtomobillərinin ehtiyat hissələri Çinin avtomobil zavodundan gətirilirdi.