Bu barədə Mia.az-a verilən məlumata görə, Tahir Budaqov komitə sədri təyin edildikdən sonra Bakının Nizamı rayonu ərazində ("Praqa" şadlıq evinin yaxınığında) statistika idarələrinin hamısının yerləşməsi üçün yeni binanın tikintisinə başlanılıb: "Artıq binada son tamamlama işləri görülür. Yəqin ki, bir aya kimi Bakının 13 rayon üzrə bütün statistika idarələrinin həmin binaya köçürülməsi yekunlaşacaq".
Yeri gəlmişkən, qeyd edək ki, Tahir Budaqov komitə sədri təyin olunmamışdan əvvəl Niizami rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 13 avqust 2015-ci ildə isə Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Mia.az