2018-ci il üçün İşsizlikdən sığorta fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1%-i hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 mln. manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 mln. manat, qeyri-büdcə sektoru üzrə 53,6 mln. manat məbləğində proqnozlaşdırılır.
Qanuna əsasən, 2018-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri | Məbləğ (manatla) | |
1. | İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: | 89 020 000,0 |
1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 17 726 212,0 |
1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 17 726 212,0 |
1.3. | digər sığortaedənlər | 53 567 576,0 |
2. | Sair gəlirlər | 20000,0 |
2018-ci ildə İşsizlikdən sığorta fondunun 89 mln. manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6%-ni və ya 33,5 mln. manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək.
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri | Məbləğ (manatla) | |
1. | İşsizliyə görə sığorta ödənişləri | 33478 000,0 |
2. | Peşə hazırlığı və əlavə təhsilin təşkili | 1613 000,0 |
3. | Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi | 1 150 000,0 |
4. | Əmək yarmarkalarının, əmək birjalarının təşkili | 120 000,0 |
5. | Haqqı ödənilən ictimai işlərin təşkili | 1788 000,0 |
6. | Özünüməşğulluq tədbirlərinin təşkili | 35802 000,0 |
7. | Sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi | 1380 000,0 |
8. | Məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri | 13709 000,0 |
Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürür. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək/apa.