Əliağa Hüseynov hərbi komissar vəzifəsindən azad edildi

Azərbaycan prezidenti İlham Əliyev general-leytenant Əliağa İzzət oğlu Hüseynovun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Əliağa Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilib.
Ə.Hüseynov ?Hərbi xidmətkeçmə haqqında? Əsasnamənin 156-cı maddəsinin ?b? bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
DİGƏR XƏBƏRLƏR
2025-04-27 10:54
2025-04-25 15:19
2025-04-25 15:05