Türkiyənin 49 şəhərində İŞİD-ə qarşı daha bir əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, başda İstanbul olmaqla baş tutan əməliyyatla ümumilikdə 210 nəfər saxlanılıb.
Məlumata görə, onlar İŞİD terrr təşkilatı üzvlüyündə ittiham olunurlar.
Daxili işlər naziri Ali Yerlikaya faktı təsdiqləyib. O, Ankara, İstanbul, İzmir və digər şəhərlərdə lkeçirilən əməliyyat zamanı saxlanılanların İŞİD terror təşkilatı çərçivəsində fəaliyyət göstərdiklərini və onların "təşkilat"a maliyyə təmin etdiklərinini bildirib: "Terrora qarşı birlik və həmrəylik bizim ən böyük gücümüzdür. Xalqımızın əmin-amanlığını və təhlükəsizliyi üçün əməliyyatlarımızı fasiləsiz davam etdiririk"
Firudin Səfərli
MİA.AZ