Naxçıvan şəhərində ağır yol qəzası baş verib.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil yol qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Allahverdiyev Amin İntiqam oğlu və Məhərrəmov Zaur Fizuli oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.