Vahid Azərbaycan Kommunist Partiyasının rəhbəri Sayad Sayadov iki gün öncə dünyasını dəyişib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə mərhumun oğlu Oqtay Sayadov məlumat verib. O.Sayadovun sözlərinə görə, iki gün öncə vəfat edən Sayad müəllim Xırdalan qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, S.Sayadov uzun sürən xəstəlikdən dünyasını dəyişib. Xatırladaq ki, Sayad Sayadov partiya rəhbəri olmaqla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb.