Ukrayna Prezidenti Volodimir Zelenski sabah Böyük Britaniyaya səfər edəcək.

Bunu krallığın müdafiə naziri Con Hili söyləyib.

"Sabah Prezident Zelenskini ölkəmizdə qarşılamaqdan şad olacağıq", - o, parlamentdə deyib.

Daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq tezliklə Zelenski ilə görüşəcəyini bildirmişdi.